Medianews.az
50 milyonluq lüks avtomobillər külə döndü -
115 baxış

50 milyonluq lüks avtomobillər külə döndü - FOTOLAR

İstanbulun Bakırköy rayonunda yerləşən avtosalonun qarşısında baş verən yanğın milyonlarla lirəlik zərərə səbəb olub.

Medianews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Yeşilköy məhəlləsində gecə saatlarında salonun qarşısında park edilmiş avtomobillərdən birində başlayan yanğın qısa müddətdə digər nəqliyyat vasitələrinə də keçib.

Nəticədə ümumi dəyəri təxminən 50 milyon lirə olan 4 lüks avtomobil zərər görüb.

Hadisə yerinə polis və yanğınsöndürmə briqadaları cəlb olunub. Yanğın nəzarət altına alınaraq söndürülsə də, avtomobillərdən ikisi tamamilə yararsız vəziyyətə düşüb, digər ikisinə isə qismən ziyan dəyib.

Yanğından sonra hadisə yerində araşdırmalara başlanılıb. Polis təhlükəsizlik kameralarının görüntülərini toplayaraq yanğının başvermə səbəbini müəyyənləşdirməyə çalışır. İstintaq çərçivəsində qəsdən yandırılma – kundaklama ehtimalının da araşdırıldığı bildirilir.

Hadisənin görüntüləri ətrafdakı sakinlər tərəfindən mobil telefonla lentə alınıb. Kadrlarda avtomobillərin qısa müddətdə alovlara təslim olduğu görünür.

Medianews.az

Bizə qoşulun