Medianews.az
ABŞ bayraqlı xəritə yayımlandı:
273 baxış

ABŞ bayraqlı xəritə yayımlandı: Baş nazir TƏCİLİ AÇIQLAMA verdi

Qrenlandiyanın Baş naziri Yens-Frederik Nilsen adanın ABŞ bayrağının rənglərindəki xəritəsinə sərt reaksiya verib.

Medianews.az xəbər verir ki, bu barədə Nilsen Feysbukda yazıb.

O bildirib ki, Ağ Evin aparat rəhbərinin müavini Stiven Millerin həyat yoldaşı Keti Millerin X-də paylaşdığı həmin xəritə hörmətsizlikdir.

Baş nazir vurğulayıb ki, bu şəkil panikaya səbəb olmamalıdır:

“Qrenlandiyanın Amerika bayrağına bükülmüş təsviri heç nəyi dəyişmir. Ölkəmiz satış üçün deyil və gələcəyimiz sosial media paylaşımları ilə müəyyən edilmir”.

Qeyd edək ki, miller paylaşımında “tezliklə” ifadəsini də əlavə edib.

Bizə qoşulun