Medianews.az
ABŞ-İran razılaşmasının detalları
108 baxış

ABŞ-İran razılaşmasının detalları açıqlandı

ABŞ və İran arasında əldə olunduğu bildirilən razılaşma ilə bağlı yeni detallar açıqlanıb.

Musavat.com xəbər verir ki, İran dövlət televiziyasında yayımlanan məlumatda ABŞ-la müharibənin dayandırılması üzrə razılaşmanın əldə edildiyi bildirilib. Məlumata görə, İranın öz iradəsini qarşı tərəfə qəbul etdirməsi Vaşinqtonu bütün cəbhələrdə müharibənin başa çatmasını qəbul etməyə məcbur edib.

Fars agentliyi isə İran Ali Milli Təhlükəsizlik Şurası Katibliyinin ABŞ-la atəşkəs razılaşmasına dair rəsmi bəyanatının yaxın dəqiqələrdə yayımlanacağını xəbər verib.

İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi də qarşılıqlı anlaşma memorandumunun mətninin tamamlandığını bildirib. Onun sözlərinə görə, memorandumun rəsmi imzalanması ilə bağlı mərasim cümə günü keçiriləcək. Açıqlamada memorandumun İslamabadda yekunlaşdırıldığı, rəsmi imzalanma prosesinin isə İsveçrədə baş tutacağı qeyd olunub.

Yayılan məlumatlara əsasən, razılaşma çərçivəsində Livanın ərazi bütövlüyünün qorunması, İsrail qüvvələrinin Livan sərhədlərindən çıxması və blokadanın dərhal aradan qaldırılması nəzərdə tutulur. Həmçinin Fars körfəzi sularından keçid qaydalarının İran və Oman arasında əməkdaşlıq əsasında tənzimlənməsi barədə razılıq əldə olunduğu bildirilir. Məlumatda İranın planlaşdırdığı hücumdan da imtina etməyə razı salındığı qeyd olunur.

Bizə qoşulun