Medianews.az
Robert Koçaryanın Ermənistandan çıxışı qadağan edilib
94 baxış

Robert Koçaryanın Ermənistandan çıxışı qadağan edilib

Ermənistanın sabiq prezidenti Robert Koçaryanın ölkədən çıxışı qadağan edilib.

Oxu.Az xəbər verir ki, bu barədə onun ofisinin rəhbəri Baqrat Mikoyan bildirib.

Onun sözlərinə görə, Koçaryana "Zvartnots" hava limanında səbəb izah edilmədən Ermənistan ərazisini tərk etməyə icazə verilməyib.

Bundan əvvəl sabiq dövlət başçısının ofisi onun əvvəlcədən planlaşdırılmış və şəxsi xarakter daşıyan üçgünlük xarici səfərə çıxacağını açıqlamışdı.

Bizə qoşulun