Medianews.az
FHN-dən Ağdamda baş verən yanğınla bağlı
136 baxış

FHN-dən Ağdamda baş verən yanğınla bağlı AÇIQLAMA

Ağdam rayonunun Qaradağlı kəndində yanğın olub. 

Fövqəladə Hallar Nazirliyindən Medianews.az -a verilən xəbərə görə, kənddə bir dam altında tikilmiş ümumi sahəsi 1613 m² olan birmərtəbəli tikililərdən sahəsi 690 m² olan anbarın, sahəsi 90 m² olan tikinti materialları satışı mağazasının, sahəsi 220 m² olan ikiotaqlı evin yanar konstruksiyaları və sahəsi 85 m² olan talvarın taxta atmaları 30 m² (ümumilikdə 1030 m²) sahədə yanıb. 

    Talvarın qalan hissəsi, bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Bizə qoşulun