Medianews.az
Putinin zəngi
124 baxış

Putinin zəngi Trampı təsirləndirdi

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb və onu 80 illik yubileyi münasibətilə təbrik edib.

Medianews.az xəbər verir ki, Amerika lideri təbriklərə görə təşəkkür edib və qeyd edib ki, Rusiya Prezidenti həmin gün onunla əlaqə saxlayan ilk xarici lider olub.

Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov danışığın dostcasına və səmimi keçdiyini, təxminən bir saat davam etdiyini bildirib.

"Xronometraj üzrə daha dəqiq desək, düz 55 dəqiqə olub", - o, aydınlıq gətirib.

Y.Uşakov əlavə edib ki, Tramp təbriklərdən təsirlənib. //Ölkə.az

Bizə qoşulun