Medianews.az
Aeroport yolunda
129 baxış

Aeroport yolunda piyada öldü

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Medianews .az xəbər verir ki, hadisə Sabunçu rayonu ərazisində, Aeroport yolunda baş verib.

Elvin Səfərlinin idarə etdiyi "Changan" markalı, 77-XV-884 dövlət qeydiyyat nişanlı avtomobil Heydər Əliyev prospektində hərəkətdə olarkən piyada Mübariz Salmanovu vurub. 

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır./apa

Bizə qoşulun