Ağdamda baş verən yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Medianews.az-ın Oxu.Az-a istinadən məlumatına görə, Ağdam rayonu Çuxurməhlə kəndinin ərazisində Ağcabədi rayon sakini, 1990-cı il təvəllüdlü İsmayıl Abdulla oğlu Abbasovun idarə etdiyi VAZ-2106 markalı və Ağdam rayon sakini 1983-cü il təvəllüdlü Sadiq Rəfail oğlu Cəfərovun idarə etdiyi "Hyundai" toqquşub.
İ.Abbasov, sərnişinləri Ağdam rayon sakinləri - 1990-cı il təvəllüdlü Faiq Xanqulu oğlu Mehdiyev, 1989-cu il təvəllüdlü Saday Yaqub oğlu Qəhrəmanov, 2002-ci il təvəllüdlü Ruslan Ramiz oğlu Novruzov hadisə yerində ölüblər. 2005-ci il təvəllüdlü İsmayıl Zaur oğlu Xəlilzadə və S.Cəfərov xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.
Araşdırmalar rayon polis şöbəsində aparılır.