Medianews.az
Hücum edən və günahsız insanları öldürən bizik? -
169 baxış

Hücum edən və günahsız insanları öldürən bizik? - Bəqai

İran bölgədə məsuliyyətli güc olduğunu sübut edib və biz zorakı deyilik. Əksinə, zorakılığa qarşıyıq. Sadəcə davranışımıza baxın.

Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

“Minlərlə kilometr uzaqda Amerikaya qarşı hərbi kampaniya başladan bizik? Bir gün ərzində 170 günahsız insanı öldürən bizik? Qərb yarımkürəsində Kuba, Venesuela və digər ölkələrə təzyiq göstərən bizik? Diplomatik proses zamanı iki dəfə bu cür böyük cinayət törədən bizik?

Bir ölkəyə hücum etmək, onun infrastrukturunu dağıtmaq, həmin ölkənin liderini və vətəndaşlarını qətlə yetirmək məsuliyyətli davranış nümunəsidirmi?” - o qeyd edib./axar.az

Bizə qoşulun