Medianews.az
Arda Güler "Real Madrid"in tarixinə düşdü
102 baxış

Arda Güler "Real Madrid"in tarixinə düşdü

"Real Madrid"in yarımmüdafiəçisi Arda Güler "kral klubu"nun Çempionlar Liqasındakı ən sürətli qolunun müəllifi olub.

Championat.com xəbər verir ki, bu, Çempionlar Liqasının 1/4 finalının "Bavariya" ilə cavab görüşündə baş verib.

Güler görüşün 35-ci saniyəsində münhenlilərin qapıçısı Manuel Noyerin səhvindən sonra fərqlənib. Güler Madrid klubunun keçmiş futbolçusu Qaret Beylin nailiyyətini üstələyib. Beyl 2016-cı ilin noyabrında "Legiya"nın qapısına 57-ci saniyədə "Real Madrid"in turnirdə ən tez qolunu vurmuşdu.

Bizə qoşulun