Medianews.az
Atəşkəs öncəsi kritik addım:
118 baxış

Atəşkəs öncəsi kritik addım: İranın planı nədir?

İranın iki həftəlik atəşkəsin başa çatmasına az qalmış ABŞ ilə planlaşdırılan ikinci mərhələ danışıqları çərçivəsində Pakistana nümayəndə heyəti göndərməyə hazırlaşdığı iddia olunur.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, heyətin İslamabada yola düşdüyü və diplomatik prosesin yenidən canlandırılmasının hədəfləndiyi bildirilir.

Pakistanlı mənbələr nümayəndə heyətinin yaxın vaxtda ölkəyə çatacağını qeyd edib.

Lakin bu iddialar rəsmi açıqlamalarla ziddiyyət təşkil edir. Daha əvvəl İran ABŞ-nin dəniz blokadasını əsas gətirərək danışıqlara ehtiyatla yanaşdığını bildirmişdi.

Tehran isə məlumatları təsdiqləməyib. Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ikinci mərhələ danışıqları ilə bağlı konkret planın olmadığını açıqlayıb və İranın ultimatumlarla hərəkət etmədiyini vurğulayıb.

Medianews.az

Bizə qoşulun