Medianews.az
Rusiya ordusundan DƏHŞƏTLİ HÜCUM:
94 baxış

Rusiya ordusundan DƏHŞƏTLİ HÜCUM: ölən və yaralananlar var

Rusiya ordusunun Ukraynanın Zaporojye vilayətinə PUA hücumu nəticəsində bir neçə nəfər həlak olub, 18 nəfər yaralanıb.

Medianews.az"Unikal.az"a istinadən xəbər verir ki, bu barədə Zaporojye Vilayət Hərbi Administrasiyasının rəhbəri İvan Fedorov “Telegram” hesabında məlumat verib.

"Xəsarət alanlar var, mikroavtobus zədələnib. Ruslar Zaporojyedə pilotsuz təyyarə hücumlarını davam etdirirlər. PUA-lardan biri mikroavtobusa dəyib. Nəqliyyat vasitəsinə ciddi ziyan dəyib. İlkin məlumatlara görə, bir nəfər yaralanıb", - o yazıb.

Fedorov həmçinin şəhərin bir neçə yaşayış məntəqəsinə hücum barədə məlumat verib. O, iki nəfərin öldüyünü və 15 nəfərin yaralandığını qeyd edib.

Onun sözlərinə görə yaralananlar arasında iki uşaq var.

Bizə qoşulun