Medianews.az
Avropa meydanları:
106 baxış

Avropa meydanları: mövsüm necə yarılanır?

Avropanın aparıcı milli futbol çempionatlarında 2025-2026 mövsümü yarılanır.

Medianews.az bildirir ki, qış tətilinə çıxan Fransa çempionatında “Lans” 37 xalla liderlik edir. PSJ 36, “Marsel” və “Lill” 32, “Lion” və “Renn” 27 xal toplayıb.

Nəfəs dərən Almaniya çempionatında “Bavariya” 41, “Borussiya” (Dortmund) 32, “Bayer” və “Leypsiq” 29, “Hoffenhaym” 27, “Ştutqart” 26, “Ayntraxt” (Frankfurt) 25 xal qazanıb.

Tətil ərəfəsində olan İspaniya çempionatında “Barselona” öndədir: 46 xal. “Real” 42, “Atletiko” 37, “Vilyarreal” 35, “Espanyol” 30, “Betis” 28 xal götürüb.

İngiltərə çempionatında “Arsenal” 39, “Mançester Siti” 37, “Aston Villa” 36, “Çelsi” və “Liverpul” 29 xal əldə edib.

İtaliya çempionatında “İnter” 33, “Milan” 32, “Napoli” 31, “Roma” 30, “Yuventus” 29 xal yığıb.

Toğrul Əli, 
Medianews.az

Bizə qoşulun