Medianews.az
Avtoqol Avstriyaya
135 baxış

Avtoqol Avstriyaya qələbə qazandırdı

Avstriya millisi ÇM-2026-nın qrup mərhələsinin ilk turunda İordaniya üzərində 3:1 hesablı qələbə qazanıb.

Medianews.az xəbər verir ki, oyunda hesabı 21-ci dəqiqədə avstriyalı Romano Şmid açıb. İordaniya yığması 50-ci dəqiqədə Əli Olvanın qolu ilə tarazlığı bərpa edib.

Matçın taleyini isə 77-ci dəqiqədə vurulan avtoqol həll edib. Yazan Əl-Ərəb topu öz qapısından keçirərək Avstriyanı yenidən önə çıxarıb. Qarşılaşmanın sonlarında 37 yaşlı Marko Arnautoviç penaltidən fərqlənərək yekun hesabı müəyyənləşdirib.

İlk turdan sonra Avstriya 3 xalla J qrupunda ikinci pillədə qərarlaşıb. Qrup lideri isə top fərqinə görə Argentinadır. İordaniya əlavə göstəricilərə əsasən Əlcəzairi qabaqlayaraq üçüncü sırada yer alıb.

Növbəti turda Avstriya iyunun 22-də Argentina ilə, İordaniya isə iyunun 23-də Əlcəzairlə üz-üzə gələcək.

Medianews.az

Bizə qoşulun