Medianews.az
Messi yeni rekorda
92 baxış

Messi yeni rekorda imza atdı

Argentina millisinin hücumçusu Lionel Messi ÇM-2026-nın qrup mərhələsində Əlcəzairə qarşı keçirilən oyunda het-trik edərək komandasının 3:0 hesablı qələbəsində əsas pay sahibi olub.

Medianews.az xəbər verir ki, iyunun 24-də 39 yaşı tamam olacaq Messi bu qolla Argentina millisinin dünya çempionatları tarixində ən yaşlı qol müəllifi rekordunu qırıb.

Bununla yanaşı, ulduz futbolçu hələ də Argentina millisinin mundiallarda ən gənc qol müəllifi statusunu qoruyur. O, ilk dünya çempionatında — Almaniyada keçirilən ÇM-2006-da 18 yaşında fərqlənmişdi.

Qələbə sayəsində Argentina 3 xalla J qrupunda ilk pilləyə yüksəlib. Əlcəzair isə sonuncu sırada qərarlaşıb.

Növbəti turda Argentina Avstriya ilə, Əlcəzair isə İordaniya ilə qarşılaşacaq.

Medianews.az

Bizə qoşulun