Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilir.
Medianews.az Oxu.az-a istinadən xəbər verir ki, mərhələnin hər iki görüşü bu gün keçiriləcək.
Günün ilk qarşılaşmasında "Turan Tovuz" "Zirə"ni qəbul edəcək. Oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda saat 17:30-da start götürəcək.
Günün ikinci matçında "Sabah" səfərdə "Qarabağ"la üz-üzə gələcək. Bu görüş Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlayacaq.
Azərbaycan Kuboku
Yarımfinal
İlk oyunlar
3 aprel
17:30. "Turan Tovuz" - "Zirə"
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Fərid Hacıyev.
VAR: Cavid Cəlilov.
AVAR: Kamran Bayramov.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
20:00. "Qarabağ" - "Sabah"
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, İnqilab Məmmədov.
VAR: Kamal Umudlu.
AVAR: Vüsal Məmmədov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Tofiq Bəhramov adına Respublika stadionu