Medianews.az
Azərbaycanda qadın sahibkarlara ayrılan qrantın məbləği
124 baxış

Azərbaycanda qadın sahibkarlara ayrılan qrantın məbləği AÇIQLANDI

İndiyədək Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) tərəfindən 33 qadın sahibkara 500 min manatdan çox qrant ayrılıb, 36 qadın sahibkara "Startap” şəhadətnaməsi verilib.
KOBİA-dan Medianews.az-a verilən məlumat görə, təsisçiləri qadın olan, investisiya təşviqi sənədi əldə edən 69 subyekt tərəfindən 2016-cı ildən indiyədək 82 layihə çərçivəsində 880 təsdiqedici sənəd əsasında 260,9 milyon manat dəyərində avadanlığın idxalı zamanı 72,4 milyon manat güzəşt əldə edilib.
Bakı və regionlarda olmaqla, qadın sahibkarlar üçün 30-a yaxın sahəvi görüş və maarifləndirici tədbir keçirilib ki, bu tədbirlərdə 580-ə yaxın qadın sahibkar iştirak edib.

Bizə qoşulun