Zülfiyyə Hüseynova Sumqayıt Musiqi Kollecinə direktor müavini təyin edilib
Medianews.az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrlərinə əsasən, Zülfiyyə Hüseynova Sumqayıt Musiqi Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin olunub. Zülfiyyə Hüseynova bakalavriat, magistratura və doktorantura təhsilini Azərbaycan Milli Konservatoriyasında “Musiqişünaslıq” ixtisası üzrə alıb. O, müxtəlif illərdə Şuşa Musiqi Kollecində müəllim, həmçinin Azərbaycan Milli Konservatoriyasında müxtəlif vəzifələrdə fəaliyyət göstərib.
Elmi-pedaqoji fəaliyyəti çərçivəsində Zülfiyyə Hüseynova respublika və beynəlxalq səviyyəli konfranslarda iştirak edib və bir sıra elmi məqalələri nəşr olunub.