Medianews.az
Bakıda yeraltı parkinqində
139 baxış

Bakıda yeraltı parkinqində avtomobil AŞDI - VİDEO

Bakıda baş verən yol-nəqliyyat hadisəsi diqqət çəkib.

Medianews.az xəbər verir ki, şəhər mərkəzində yerləşən "AF Mall" ticarət mərkəzinin yeraltı parkinqində avtomobil aşıb.

Hadisə yerindən yayılan görüntülər sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Kadrlarda avtomobilin parkinq ərazisində aşmış vəziyyətdə olduğu görünür.

Qəzanın hansı səbəbdən baş verdiyi hələlik açıqlanmayıb. Qəza zamanı xəsarət alanların olub-olmaması barədə məlumat verilməyib.

Sosial media istifadəçiləri parkinqdə belə hadisənin necə baş verməsi ilə bağlı müxtəlif ehtimallar irəli sürərək görüntüləri müzakirə ediblər.//Milli.Az

Bizə qoşulun