Medianews.az
80 yaşlı Ajda Pekkanın yemək hesabı təəccübləndirdi -
160 baxış

80 yaşlı Ajda Pekkanın yemək hesabı təəccübləndirdi - VİDEO

Türkiyənin məşhur müğənnisi Ajda Pekkan İstanbulun Yeşilköy səmtində yerləşən lüks restoranlardan birində yemək yeyib.

Medianews.az xəbər verir ki, 80 yaşlı sənətçi xüsusi üsulla palıd tüstüsündə 12 saat bişirilən “brisket” (dana döş əti) sifariş edib.

Yeməkdən sonra Ajda Pekkanın restoranda 43 min lirə (təxminən 1590 manat) hesab ödədiyi bildirilib. Yüksək məbləğ qısa müddətdə sosial mediada geniş müzakirələrə səbəb olub.

İstifadəçilər bahalı hesabı həm restoran qiymətləri, həm də yeməyin hazırlanmasına sərf olunan əmək baxımından müzakirə ediblər.

Medianews.az

 

Bizə qoşulun