Medianews.az
Bıçaqlanan gənc polis müdaxiləsi zamanı həyatını itirdi –
237 baxış

Bıçaqlanan gənc polis müdaxiləsi zamanı həyatını itirdi – FOTO/VİDEO

İngiltərənin Sauthempton şəhərində 18 yaşlı Henri Novak ağır bıçaq xəsarətləri alsa da, polis vəziyyəti düzgün qiymətləndirməyib və nəticədə gənc həyatını itirib.

Medianews.az xəbər verir ki, hadisə keçən il baş verib.

18 yaşlı tələbə Henri Novak küçədə 23 yaşlı Vikrum Diqvanın qəfil hücumuna məruz qalaraq 5 bıçaq zərbəsi alıb.

Hadisə yerinə gələn polis əməkdaşları qan içində olan və kömək istəyən gəncə inanmayıb, onu hücum edən şəxs zənn ediblər. Henrinin azı yeddi dəfə "Nəfəs ala bilmirəm" deyərək yalvarmasına baxmayaraq, polislər onu yerə yıxaraq qandallayıblar. Az sonra huşunu itirən gənc xəstəxanada vəfat edib. Tibbi ekspertiza onun daxili qanaxma nəticəsində boğularaq öldüyünü təsdiqləyib.

Məhkəmə sənədlərinə görə, cinayəti törədən Vikrum Diqva özü polisə zəng edərək irqçi hücuma məruz qaldığını iddia edib və polisləri yanlış yönləndirib. O, dini rəmz olan kiçik "Kirpan" xəncəri əvəzinə, özü ilə 21 santimetrlik döyüş bıçağı gəzdirib.

Sauthempton Kral Məhkəməsi hücum edənin irqçilik iddialarını "bədxah yalan" adlandırıb və V.Diqvanı qətl törətməkdə təqsirli bilərək 21 il müddətinə azadlıqdan məhrum edib. Birləşmiş Krallıq Sih Federasiyası da hadisəni qınayaraq, istifadə olunan kəsici alətin dini rəmz yox, silah olduğunu bəyan edib.

Ailəsinin icazəsi ilə yayılan videogörüntülər İngiltərədə polis rəftarı və xidməti laqeydliklə bağlı ciddi müzakirələrə və araşdırmalara yol açıb.

Medianews.az

 

Bizə qoşulun