Mütəxəssislər bildirirlər ki, gündəlik olaraq çiyələk yemək sağlamlığa ciddi fayda verir. Çiyələk C vitamini, kalium, folat, lif və antioksidantlarla zəngindir. Bir stəkan çiyələk gündəlik C vitamini ehtiyacını demək olar ki, tam qarşılayır.
Medianews.az xəbər verir ki, diyetoloqlar qeyd edirlər ki, çiyələk bağırsaq mikroflorasını gücləndirir, immuniteti möhkəmləndirir, ürək-damar sağlamlığını dəstəkləyir və iltihabı azaldır.
Lif “pis” xolesterinin azalmasına kömək edir, kalium isə qan təzyiqini tənzimləyir. Antioksidantlar orqanizmdə oksidləşmə stressini və iltihabı azaldaraq diabet, ürək xəstəlikləri və bəzi xərçəng növlərinin riskini aşağı sala bilər.
Mütəxəssislərin tövsiyəsinə görə, gündəlik norma təxminən bir stəkan (8 ədəd) çiyələkdir.
Medianews.az