Braziliyada 26 yaşlı bloger Pamela Gimaraeş silahlı hücum nəticəsində həyatını itirib.
Medianews.az xəbər verir ki, hadisə Sertanopolis şəhərində baş verib.
Naməlum şəxs avtomobillə evin qarşısına gələrək onu çağırıb. Bloger evə qayıtmaq istədiyi anda arxadan atəş açılıb.
Ağır yaralanan qadın xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Hadisə onun dörd azyaşlı övladının gözü qarşısında baş verib.
Polis faktla bağlı araşdırma aparır, şübhəli şəxs axtarışdadır. Bloger sosial şəbəkədə gözəllik, moda və ailə həyatı ilə bağlı paylaşımlar edirdi.
Medianews.az