Medianews.az
Tehranda ticarət mərkəzində yanğın:
104 baxış

Tehranda ticarət mərkəzində yanğın: 11 nəfər öldü

Tehranda ticarət mərkəzində baş verən yanğında ölənlərin sayı 11 nəfərə çatıb, 26 nəfər yaralanıb.

Medianews.az APA-ya istindla xəbər verir ki, hadisə ötən gün Qərbi Tehranın Şəhriyar rayonunda yerləşən “Arğəvan” ticarət mərkəzində baş verib.

Hadisə yerinə cəlb olunan yanğınsöndürmə qüvvələri saatlarla yanğının söndürülməsi istiqamətində iş aparıb.

Son rəsmi məlumatlara əsasən, yanğın nəticəsində 11 nəfər ölüb, 26 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qeyd edək ki, yanğının başvermə səbəbləri ilə bağlı araşdırma aparılır

Bizə qoşulun