Medianews.az
Canlı yayımda silahlı insident:
98 baxış

Canlı yayımda silahlı insident: saxlanılan qadın dəhşət saçdı - VİDEO

Çilinin paytaxtı Santyaqoda televiziya kanallarından birinin canlı yayımı zamanı baş verən silahlı insident ölkədə böyük rezonans doğurub.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Lo Valledor topdansatış bazarında baş verib. Polis və təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılan qadın müqavimət göstərərkən mühafizəçinin silahını ələ keçirməyə nail olub.

Qadın silahı götürdükdən sonra ətrafdakı insanlara doğru bir neçə dəfə atəş açıb. Nəticədə hadisəni lentə alan televiziya operatoru və bir təhlükəsizlik əməkdaşı ayaqlarından yaralanıblar.

Hadisə yerində olan polis əməkdaşları qadını qısa müddətdə zərərsizləşdirərək yenidən nəzarətə götürüblər. Yaralılar isə xəstəxanaya çatdırılıb, onların həyatlarına təhlükə olmadığı bildirilib.

Milyonlarla insanın canlı izlədiyi insidentdən sonra Çilidə hüquq-mühafizə orqanlarının saxlanma prosedurları və silah təhlükəsizliyi ilə bağlı ciddi müzakirələr başlayıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Medianews.az

Bizə qoşulun