Medianews.az
Qəzada həyatını itirən üç gənc qızın SON GÖRÜNTÜLƏRİ -
108 baxış

Qəzada həyatını itirən üç gənc qızın SON GÖRÜNTÜLƏRİ - VİDEO

Türkiyənin Rizə vilayətinin Çayeli rayonunda iki avtomobil və bir mikroavtobusun iştirakı ilə baş verən zəncirvari yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib. Qəzada üç gənc qız həyatını itirib, daha beş nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Medianews.az xəbər verir ki, hadisə gecə saatlarında Qara dəniz Sahil Yolunun Limanköy ərazisində baş verib.

İlkin məlumata görə, 22 yaşlı Selinay Saralın idarə etdiyi 53 ACV 078 dövlət nömrə nişanlı avtomobil sürücünün idarəetməni itirməsi nəticəsində əvvəlcə işıq dirəyinə çırpılıb, daha sonra qarşı zolağa keçərək başqa bir minik avtomobili ilə toqquşub.

Toqquşmadan sonra avtomobil alovlanıb. Həmin an yoldan keçən mikroavtobus da qəzaya uğrayan nəqliyyat vasitələrinə çırpılıb və nəticədə zəncirvari qəza baş verib.

 Gamze Saklı

Gamze Saklı

Hadisə yerinə çoxsaylı yanğınsöndürən, polis, təcili  yardım və xilasedici qruplar cəlb olunub. Yanğın söndürülsə də, sürücü Selinay Saral və sərnişin Nilay Bilginin alovlanan avtomobilin içərisində yanaraq öldüyü müəyyən edilib. Avtomobildə olan 19 yaşlı Gamze Saklı isə toqquşmanın təsirindən nəqliyyat vasitəsindən yola atılıb və hadisə yerində həyatını itirib.

Qəzada yaralanan daha beş nəfər xəstəxanaya çatdırılıb. Onlardan üçünün vəziyyətinin ağır olduğu bildirilir.

Məlumata görə, həyatını itirən üç gənc qız yaxın dost olub və birlikdə səyahətə çıxıblar. Onların qəzadan bir qədər əvvəl avtomobildə əylənərkən çəkdikləri və sosial şəbəkədə paylaşdıqları son görüntülər isə faciənin simvoluna çevrilib.

Gamze Saklı

Həmçinin məlum olub ki, 19 yaşlı Gamze Saklı qadın salonunda çalışıb və son olaraq  "Gözleri Karadeniz" serialında ikinci dərəcəli rolda çəkilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Medianews.az

Nilay Bilgin

Nilay Bilgin


Selinay Saral

Selinay Saral

Bizə qoşulun