Medianews.az
Şahbuzda sel fəlakəti:
127 baxış

Şahbuzda sel fəlakəti: infrastrukturu zədələdi

Şahbuz rayonunun Badamlı-Şada kəndi istiqamətində baş vermiş sel hadisəsi nəticəsində qaz xətti qırılıb.

Medianews.az xəbər verir ki, bu barədə Naxçıvan Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.

"Hadisə ilə əlaqədar 24 iyun 2026-cı il tarixində saat 17:15-dən etibarən Şahbuz rayonunun Şada və Badamlı kəndlərinin, həmçinin Badamlı qəsəbəsinin qaz təchizatı dayandırılıb", - deyə məlumatda qeyd edilib.

Şahbuzda təbii fəlakət: Sel infrastrukturu zədələdi, yaşayış məntəqələri qazsız qaldı - FOTO - VİDEO

Bizə qoşulun