Medianews.az
Braziliya Mərakeşlə heç-heçə edib -
156 baxış

Braziliya Mərakeşlə heç-heçə edib - DÇ-2026

2026-cı il dünya çempionatında C qrupunda mübarizəyə start verilib.

Mundialların ən titullu komandası Braziliya Afrika futbolunun yüksələn ulduzu Mərakeş ilə qarşılaşıb.

Nyu-Yorkda keçirilən görüş qarşılıqlı qollarla başlayıb. Hesabı Afrika təmsilçisi açsa da, braziliyalılar bərabərlik topunu vurmağı bacarıb.

İkinci hissədə tərəflərin səylərinə baxmayaraq oyunda hesab dəyişməyib.

DÇ-2026
B qrupu
14 iyun 02:00
Braziliya - Mərakeş 1:1
Qollar: V. Junior, 32 - İ. Saibari, 21
Braziliya
: Alisson, Duqlas Santos, Qabriel, Markinyos, Rocer İbanyes, Kazemiro, Bruno Gimarayns, Vinisius Junior, Lukas Paketa, Rafinya, İqor Tiaqo.
Mərakeş: Bono, Mazraui, Riad, Diop, Hakimi, El Aynaoui, Buaddi, El Hannus, Unahi, Brahim Dias, Saibari./Apasport

Bizə qoşulun