"Hantavirus” aşkarlanan "MV Hondius” gəmisində sərnişinlərin təxliyəsinə başlanıb.
Abona limanına gələn gəminin sahilə yanaşmasına icazə verilməyib və liman girişində saxlanılıb.
Məlumata görə, gəmiyə xüsusi qoruyucu geyimdə həkimlər daxil olub.
Yoxlamalardan sonra 15 nəfər gəmidən çıxarılıb.
Sərnişinlər qayıqla sahilə gətirilib, daha sonra hava limanına aparılıb.
Test nəticələrinə görə, həmin şəxslərdə simptom aşkarlanmayıb.
Onların Madridə göndərilərək hərbi xəstəxanada karantinə alınacağı bildirilib.
Qeyd edək ki, rəsmilər karantinin ilkin olaraq bir həftə davam edəcəyini açıqlayıb./oxu24.com