ESPN idman portalı 2026-cı il dünya çempionatında çıxış edəcək 21 yaşadək futbolçular arasında ən yaxşı 21 gənc oyunçunun reytinqini açıqlayıb.
Siyahının ilk pilləsində “Barselona”nın cinah oyunçusu Lamin Yamal qərarlaşıb.
İkinci yerdə “Real”ın yarımmüdafiəçisi Arda Gülər, üçüncü sırada isə PSJ-nin yarımmüdafiəçisi Joao Neveş yer alıb.
ESPN-in versiyasına görə, 2026-cı il dünya çempionatının ən yaxşı 10 gənc futbolçusu:
Lamin Yamal (18 yaş, “Barselona”, İspaniya),
Arda Gülər (21 yaş,”Real”, Türkiyə),
Joao Neveş (21 yaş, PSJ, Portuqaliya),
Pau Kubarsi (19 yaş, “Barselona”, İspaniya),
Niko Pas (21 yaş, “Komo”, Argentina),
Dezire Due (21 yaş, PSJ, Fransa),
Kənan Yıldız (21 yaş, “Yuventus”, Türkiyə),
Uorren Zair-Emeri (20 yaş, PSJ, Fransa),
Lennart Karl (18 yaş, “Bavariya”, Almaniya),
Yan Diomande (19 yaş, “Leypsiq”, Kot-d’İvuar)/publika.az