Diş həkimi Pavel Lısenkov bildirib ki, dilin vəziyyəti bir çox sağlamlıq problemlərini üzə çıxara bilər.
Medianews.az xəbər verir ki, o, dili “sağlamlığın güzgüsü” adlandırıb.
Həkimin sözlərinə görə, dildə yaranan çatlar və digər dəyişikliklər yalnız ağız boşluğunda deyil, ümumi sağlamlıqda da problemlərin olduğunu göstərə ola bilər. Qəfil yaranan və ağrı, yanma, həssaslıqla müşayiət olunan çatlar vitamin çatışmazlığı, anemiya, göbələk, virus və ya bakterial infeksiya, eləcə də stress və ya dərmanlara reaksiya əlaməti ola bilər.
Mütəxəssis vurğulayıb ki, narahatlıq yaratmayan çatlar isə normal hesab olunur.
Lısenkov şübhəli əlamətlər olduqda mütləq diş həkiminə müraciət etməyi, həmçinin ağız gigiyenasına riayət edib dili mütəmadi təmizləməyi tövsiyə edib.
Medianews.az