Medianews.az
Əli Kərimlinin mühafizəçisinə
57 baxış

Əli Kərimlinin mühafizəçisinə HÖKM OXUNDU

AXCP sədri Əli Kərimlinin mühafizəçisi işləmiş Novruz Tağıyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunaraq N.Tağıyev 6 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, təqsirləndirilən ev alqı-satqı məsələlərində vasitəçiliklə məşğul olub. O, buna görə vətəndaşın 71 min manatını alaraq mənimsəməkdə təqsirləndirilib.

N.Tağıyev barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək), 320.1 və 320.2-ci (saxta sənəd hazırlama) maddələri ilə ittiham elan edilib./oxu.az/

Bizə qoşulun