Medianews.az
Ermənistan və ABŞ TRIPP sazişini imzalayıb -
218 baxış

Ermənistan və ABŞ TRIPP sazişini imzalayıb - FOTO

Ermənistan və ABŞ TRIPP layihəsi üzrə çərçivə sazişini imzalayıb.

“Armenpress” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN sənədin ilkin olaraq mayın 26-da ABŞ dövlət katibi Marko Rubionun Ermənistana səfəri zamanı paraflandığını xatırladıb.

Ermənistan XİN-in yaydığı videogörüntüdə xarici işlər naziri Ararat Mirzoyanın sənədi imzaladığı əks olunub.

Mirzoyanın sözlərinə görə, bir neçə gün əvvəl o və ABŞ dövlət katibi Marko Rubio tərəfindən ilkin olaraq paraflanan sənəd daha sonra ABŞ tərəfindən imzalanaraq Ermənistana göndərilib: “Dövlət katibi Rubio sazişi imzaladı, sənəd Ermənistana göndərildi və indi mən Ermənistan tərəfi adından imzamı atdım”.

Mirzoyan qeyd edib ki, bununla sənədin distant imzalanması prosesi başa çatıb: “Beləliklə, distant imzalama prosesi tamamlandı və saziş ratifikasiya üçün hazırdır”./APA

Bizə qoşulun