Medianews.az
Fransız TIR-ları kimi...
74 baxış

Fransız TIR-ları kimi... Makron və hiylənin arxasındakı məkr

Fransa prezidenti Emoniel Makron Ermənistanda olarkən baş nazir Nikol Paşinyanla əl-ələ tutub, “kadastr sənədi olmayan” (ifadə erməni baş nazirə aiddir-E.P.) ölkənin paytaxtını xeyli gəzdi. Makron iki gün ərzində İrəvanda məst olunca, şərab içdi, Paşinyanın müşayiəti ilə mahnı oxudu. Kefi o qədər saz oldu ki, istədi 1993-cü ildən bağlı olan Ermənistan-Türkiyə sərhədini keçsin. Tarixə bu cür düşmək istəyirdi, alınmadı. Adam yerini bilsə yaxşıdır, hansı mövqedə olursa-olsun. Fransa prezidentinin baltası bu dəfə də daşa dəydi…

ea207d40-6eac-44de-9b9c-a957d915f72b.png (2.52 MB)

Fransanın Azərbaycana münasibəti bəllidir. Təkcə torpaqlarımızı işğaldan azad etdiyimiz günlərdə Makronun tutduğu mövqeyi xatırlamaq ona münasibətimizi müəyyənləşdirmək üçün kifayətdir. Yeni ərazilər uğrunda müharibəyə başlayan Ermənistana qarşı ədalətli müharibə aparan Azərbaycanı “işğalçı” adlandıran, Qarabağın “işğal olunmasına imkan verməyəcəyini” bəyan edən o idi. Heç bir ağlı aşında olan prezident bu sözü ağzına almazdı…Sonrakı dönəmlərdə Fransa parlamentindən Paris merinədək, Fransa XİN-dən digər fransalı rəsmilərədək o qədər pisliklər gördük ki…Proseslərin başında məhz o dayanırdı – Makron! Gah Brüsseldə, gah Qrenadada Paşinyanın dizinin dibində oturub, anti-Azərbaycan planlar hazırlayırdı, separatçılara dəstək verirdi. Azərbaycan Prezidenti tərəfindən elə dərs aldı ki, axırda onunla beynəlxalq tədbirdə görüşmək şərəfinə nail olmaqdan ötrü minnətçi düşdü.

Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi

Ötən ilin oktyabrında Prezident İlham Əliyev Fransanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sofi Laqutun etimadnaməsini qəbul edərkən dövlətimizin başçısı məhz həmin, Kopenhagen görüşünə istinad edərək demişdi ki, həmin görüşün nəticəsində ölkələrimiz arasında anlaşılmazlığa səbəb olan məsələlərin keçmişdə qalıb. Səfir də öz növbəsində Azərbaycanla Fransa arasında münasibətlərdə yeni səhifənin açıldığını deyərək, əlaqələrimizin inkişafı üçün səylərini əsirgəməyəcəyini bildirmişdi.

Amma baxırıq ki, Fransa hakimiyyəti yenə də ötənlərdən lazımi dərs çıxartmayıb. Azərbaycana qarşı kinini şairə Natəvanın abidəsinə həqarət etməyə qədər davam etdirən bir administrasiya Fransa tarixinə, mədəniyyətinə, Fransanın dünyadakı imicinə nə qədər xələl gətirdiyinin fərqində deyil. Özü də illərdir səhvlər bir-birini əvəz edir.  

Avropa İttifaqının Ermənistandakı toplantısına qatılan Fransa prezidenti doğrudanmı protokoldan, dövlətlərarası münasibətlər, sazişlər anlayışından bixəbərdir? Əks təqdirdə, necə ola bilər ki, qəfildən təxminən belə: “Ermənistana gəlmişkən, körpüdən keçim, Türkiyə ilə sərhədin də açılışını edim”, desin. Amma yenə yanıldı.

Avropa İttifaqı Ermənistanla bağlı qərar verdi - Globalinfo.az

Nə olsun ki, Türkiyə-Ermənistan sərhədindəki Əlican sərhəd-buraxılış məntəqəsi üç ildir istismara hazırdır. Ermənistan tərəfi sərhədin üçüncü ölkənin vətəndaşları, bundan başqa diplomatik pasportu olan şəxslər üçün açılması ilə bağlı Türkiyənin razılığını neçə ildən sonra ala bildi, amma bu rejim də hələlik normal hala gətirilməyib. Çünki bir çox həllivacib məsələlər var. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa Siyasi Birliyinin VIII Sammiti çərçivəsində Ermənistan Baş naziri Nikol Paşinyan ilə görüş keçirdi. Görüş zamanı tərəflər iki ölkə sərhədindəki Ani körpüsünün birgə bərpasına dair memorandum imzalayıb. Əslində bu, iki ölkə arasında qət olunmuş kifayət qədər uzun məsafədir. Özü də əgər cəmi bir neçə gün əvvəl İrəvanda erməni vandallar Türkiyə və Azərbaycan bayraqlarına od vurublarsa, ondan da əvvəl növbəti dəfə saxta  “soyqırım” iddiaları ilə bağlı yasxana qurulubsa, Avropa İttifaqının sammitinə gələnləri də qondarma iddilara həsr olunmuş abidənin qarşısına sürükləyiblərsə, Ermənistan Konstirusiyasında hələ də Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları varsa, bu ölkənin gerbində Ağrı dağı saxlanılırsa, bütün bunların fonunda özünü hara soxursan, Emanuel Makron?!

Azərbaycan və Türkiyə orduları "birləşir": Məxfi məlumatlar belə ötürüləcək  - Detallar - Globalinfo.az

Türkiyə və Azərbaycan bu illərdə Ermənistana münasibətdə çox humanistlik ediblər. Türkiyə saxta “soyqırım”a görə Ermənistanın gününü qara etməyə qadir olsa da, etməyib, insaflı davranıb. Azərbaycan bu qədər düşmənçiliyin qarşılığında Ermənistan üçün taxıl yolu açıb, onu yanacaqla təmin edir. Elə hər iki ölkənin İrəvandakı sammitdə iştirak qərarının özü də bölgədə sülhün, təhlükəsizliyin bərqərar olunmasına yönəlib. Amma bu reallığı Makron yaratmayıb ki, indi gəlib ilkə imza atsın. Əksinə, Fransa prezidenti hər zaman gərginlik yaratmağa səy göstərib.

Türkiyə Ermənistanla quru sərhəddini açır - Tarix AÇIQLANDI - Avtosfer.az

Makronun Ermənistan – Türkiyə quru sərhəddini keçmək istərkən doğrudanmı Azərbaycan və Türkiyənin bütün prinsipial qərarları verərkən bir yerdə olduqlarını unudub? Bəlkə test etmək istəyib…Hər halda bundan sonar eyni səhvi etməz. Bəlkə Sərdar Kılıçın Türkiyə bayrağının yandırıldığı şəhərdə “özümü evimdəki kimi hiss edirəm”, sözlərindən vəcdə gəlib Fransa prezidenti? Türkiyə rəsmləri dəfələrlə bəyan ediblər ki, Ermənistanla münasibətlərdə Azərbaycanın maraqları əsas götürüləcək, Zəngəzur dəhlizindən tutmuş, sülh sazişinədək, digər məsələlərə qədər…Bütün bunlardan sonra Sərdar Kılıçın eyforiyadan doğan açıqlamasından doğrudanmı Fransa prezidenti uzaqgedən nəticə çıxarıb?

image (7).jpg (218 KB)

Makronun Türkiyə sərhədini keçmək cəhdi bilirsiniz nələri xatırlatdı: 2023-cü ilin yayında Fransa TIR-larının Laçın buraxılış keçid mərhələsini keçmək cəhdini. O zaman Fransanın bölgəyə göndərdiyi Avropa İttifaqının cəsus şəbəkəsinin üzvləri də binokllarını götürüb Laçın dağları tərəfə boylanırdılar. Fransa TIR-larını israrla Azərbaycan ərazisinə keçirməyə cəhd göstərirdilər, guya Xankəndidəki ermənilərə ərzaq aparırdılar. Özü də Fransadan Qarabağ erməniləri üçün göndərilən yük avtomobillərini müşayiət edənlər içərisində Paris meri Ann İdalqonun da adı çəkilirdi. İş-güclərini atıb, Qarabağ separatçılarına yardıma gəlmişdi Makronun adamları. Özü də Qarabağ məsələsini guya həll etmək öhdəliyi götürmüş həmsədr ölkələrdən birinin rəhbəri…

5b2446ce-669b-4747-a74f-c1966fc58b2b.jpg (209 KB)

Beləcə, Ankara Bakı ilə məsləhətləşdikdən sonra “Bir millət, iki dövlət”in sərhədlə bağlı qərarı verilib: Makronun da burnundan vurulub, geri qaytarılıb, eynən 2023-cü ildə Laçın istiqamətində düzülmüş fransız TIR-ları kimi! Əslində bu addımla Fransa prezidentinin başqa niyyəti də olub, heç şübhəsiz. Türkiyəni illər boyunca Avropa İttifaqının kandarında saxlayan, qardaş ölkəyə qarşı saxta “soyqırım”ı tanıyan, hətta “soyqırım”ı inkar edənlərə cəza tətbiq edən ölkənin başçısı 1993-cü ildən bəri bağlı olan sərhədi keçməklə Azərbaycan və Türkiyə birliyinə xələl gətirmək istəyib. Türk birliyini sarsıtmaq üçün vaxtaşırı tədriqəyə əl atırlar axı...Bu dəfə də alınmadı, təxribat baş tutmadı... 

a98cb817-a229-4178-becd-bddd49c9e60c.jpg (130 KB)

Zaman dəyişib, Azərbaycan yeni reallıq yaradıb və bu reallıq Ermənistan rəhbərliyini də qane edir. Elə isə Makron nə etmək istəyir? Avropa Sülh Fondunun Ermənistana ayırdığı 30 milyondan sonra İrəvanın hərbi təlimlərə “maya qoymaq” istəyini necə başa düşək? Zəngəzur dəhlizinin cəmi 42 km-lik hissəsində daşı daş üstə qoymayıb, pul gözləyən İrəvanı hərbi sahəyə pul xərcləməyə vadar edən kimdir və hansı səbəblərdir? Elə bu yaxınlarda Paris Şəhər Meriyasında Qarabağ separatçılarının qəbul edilməsi, erməni canilərin azadlığa buraxılmasına yönəlik iddialar da Ermənistanı öz yolundan azdırmağa xidmət edir. Zarafat deyil, Makron Ermənistanı “kiçik bacı” adlandırıb.

image (8).jpg (246 KB)

Ən nəhayət, Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baro tərəfindən Fransa Senatında Azərbaycan əleyhinə iddialar səsləndirməsi ondan xəbər verir ki, Makronun komandası kirimək istəmir. Rəsmi Bakı kifayət qədər tutarlı cavab verib, ölkəmiz əleyhinə iddiaları “qətiyyətlə” rədd edib. Çox maraqlıdır, fransa nazir də xəbərsiz ki, Azərbaycanın suveren ərazisi olan Qarabağ bölgəsində “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur? Yaxud Qarabağda, həmçinin Ermənistanın özündə Azərbaycan izlərinin silinməsi, şəhərlərin yox edilməsi, qəbristanlıqların şumlanması, tarixi abidələrin məhvindən xəbərsizdirmi ermənipərəst nazir? Belə görünür ki, Fransa hakimiyyətinin bölgə ilə bağlı mövqeyi dəyişməyib. Prezidentindən tutmuş, nazirinə, merinədək bir neçə il Türkiyə və Azərbaycana münasibətdə necə idilərsə, elədə də davam edirlər. Görəsən, fransızlarda “Sirkə nə qədər tünd olsa, qabını çatladar”, misalı varmı?..

Elşad Paşasoy

Bizə qoşulun