Medianews.az
“Friends”nin ulduzunu şəxsi əşyaları satışa çıxarılır -
96 baxış

“Friends”nin ulduzunu şəxsi əşyaları satışa çıxarılır - FOTOLAR

Ameriaknın məşhur serialı “Dostlar”ın (“Friends”) ulduzu Metyu Perrinin şəxsi əşyaları və serialla bağlı xatirə predmetləri açıq hərraca çıxarılır.

Medianews.az xəbər verir ki, auksion 5 iyun 2026-cı ildə Dallasda və onlayn formatda keçiriləcək.

Əşyalar 18-29 may tarixlərində Beverli-Hillzdə sərgilənəcək.

Satışa çıxarılan əşyalar arasında serialın ilk bölümünün imzalı ssenarisi, Metyu Perriyə məxsus ikonika çevrilmiş rekvizitlər, SAG mükafatı və dəyəri 800 min dollardan çox olan orijinal Banksy əsəri də var.

Hərracdan əldə olunan gəlir "Metyu Perri Fondu" (“Matthew Perry Foundation”) vasitəsilə asılılıqla mübarizə proqramlarına və tibbi təqaüdlərə yönəldiləcək.

Xatırladaq ki, Metyu Perri 28 oktyabr 2023-cü ildə Los-Ancelesdə evində vəfat edib, ölüm səbəbi isə ketaminin həddindən artıq dozası və bununla bağlı ağır fəsadlar olub.

Medianews.az

 

Bizə qoşulun