Medianews.az
Gənəni çıxararkən edilən təhlükəli
138 baxış

Gənəni çıxararkən edilən təhlükəli səhvlər açıqlandı

Yaz və yay aylarında gənə dişləmələri daha çox müşahidə olunur. Həkimlər xəbərdarlıq edir ki, gənənin düzgün çıxarılmaması təhlükəli infeksiyalara yoluxma riskini artıra bilər.

Medianews.az Foodinfo.az-a istinadla xəbər verir ki, dezinfeksiya üzrə həkim Nikolay Dubinin gənəni çıxararkən insanların ən çox etdiyi səhvlərdən danışıb. Onun sözlərinə görə, ən böyük risk parazitin uzun müddət dəridə qalmasıdır. Bu səbəbdən gənəni çıxarmağı gecikdirmək və tibbi məntəqəyə qədər gözləmək təhlükəli hesab olunur.

Mütəxəssis bildirib ki, ikinci ciddi səhv gənəni sıxmaqdır. Əgər parazit pinset və ya barmaqla sıxılarsa, o zaman bağırsaq möhtəviyyatını insan qanına ötürə bilər. Gənə infeksiya daşıyıcısı olduqda bu hal yoluxma ehtimalını əhəmiyyətli dərəcədə artırır.

Həkim qeyd edib ki, gənə mümkün qədər tez və ehtiyatla çıxarılmalıdır. Bunun üçün pinset, sap, dırnaq və ya nazik çubuqlardan istifadə etmək olar. Əsas məqsəd gənənin bədənini əzmədən onu dəridən ayırmaqdır. Ekspertin fikrincə, bu halda sürətli və diqqətli davranmaq ideal alət axtarmaqdan daha vacibdir.

Bizə qoşulun