Medianews.az
 Melani Homer  xərçəngə
72 baxış

Melani Homer xərçəngə qalib gəldi

Yeni Zelandiyalı radio aparıcısı Melani Homer aqressiv xərçəngə qalib gəldiyini açıqlayıb.

Medianews.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

Aparıcının sözlərinə görə, son biopsiya nəticələri orqanizmində artıq qan xərçəngi olan kəskin mieloid leykoz hüceyrələrinin olmadığını göstərib.

Bununla yanaşı, Homer qeyd edib ki, onu uzun və çətin bərpa prosesi gözləyir. Kök hüceyrə transplantasiyasından sonra müəyyən ağırlaşmalar yaranıb və immun sistemi ciddi zəifləyib.

O, hazırda özünü çox zəif hiss etdiyini və tam sağalmanın bir neçə il çəkə biləcəyini bildirib.

Medianews.az

Bizə qoşulun