"Yumurtanın gündəlik istifadəsi insanın yaşına, sağlamlıq vəziyyətinə və həyat tərzinə görə dəyişir".
Medianews.az xəbər verir ki, bunu bioloq İrina Lyalina deyib.
Onun sözlərinə görə:
- Böyüklər üçün gündə 1–2 qaynadılmış yumurta normal sayılır
- İdmanla məşğul olanlar üçün bu rəqəm 4 yumurtaya qədər arta bilər
- Yaşlı insanlar üçün isə gündə 1 yumurta tövsiyə olunur
- Xolesterin və ürək-damar problemi olanlar yumurta sarısını məhdudlaşdırmalıdır
Mütəxəssis həmçinin xəbərdarlıq edib ki, çiy və yarımbişmiş yumurta (yumşaq qaynadılmış) salmonella riski yarada bilər. Təhlükəsiz hesab edilən yumurta isə ən azı 5 dəqiqə qaynadılmış olmalıdır.