Medianews.az
Canlı yayım zamanı silahlı insident: 2 nəfər yaralandı -
206 baxış

Canlı yayım zamanı silahlı insident: 2 nəfər yaralandı - VİDEO

Çilinin paytaxtı Santyaqo şəhərində bazar ərazisindən canlı yayım aparılan zaman silahlı insident baş verib.

Medianews.az xəbər verir ki, saxlanan qadın yaranan qarışıqlıq zamanı mühafizəçinin tapançasını ələ keçirərək ətrafa atəş açıb.

Hadisə Lo Valledor topdansatış bazarında baş verib. Yerli televiziya kanalının müxbiri ərazidə tətbiq olunan təhlükəsizlik tədbirləri barədə məlumat verərkən, polis tərəfindən saxlanan qadın müqavimət göstərib.

Qarışıqlıq zamanı o, arxasında dayanan mühafizəçinin belindəki silahı götürməyə müvəffəq olub.

Qadın daha sonra ardıcıl bir neçə dəfə atəş açıb. Nəticədə çəkiliş aparan televiziya operatoru və bir mühafizəçi ayaqlarından yaralanıb. Yaralılar hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.

Hadisə yerində olan polis əməkdaşları qısa müddətdə qadını zərərsizləşdirərək yenidən nəzarətə götürüblər.

Canlı yayım zamanı baş verən insident Çilidə saxlanılma prosedurları, eləcə də mühafizə əməkdaşlarının silahdan istifadə və təhlükəsizlik qaydaları ilə bağlı ciddi müzakirələrə səbəb olub.

Medianews.az

 

 

Bizə qoşulun