Medianews.az
Günəşdə güclü
92 baxış

Günəşdə güclü partlayış baş verib

Günəşdə güclü alışma baş verib.

Medianews.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.

Bu mayın 22-dən bəri ulduzda baş vermiş ən güclü parlayışdır.

Mütəxəssislərin məlumatına görə, mayın 29-da saat 10:22-də (Bakı vaxtı ilə 11:22-də ) rentgen diapazonunda Günəş ləkələrinin 4455-ci qrupunda M1.2 sinifli alışma qeydə alınıb. Alışmanın davametmə müddəti 24 dəqiqə olub.

İnstitutda bildirilib ki, bundan əvvəl M sinifli alışma mayın 22-də qeydə alınmışdı. Həmin hadisə Yer istiqamətinə plazma tullantısı ilə müşayiət olunmuşdu.

Qeyd edək ki, Günəş alışmaları(partlayışları) rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı sinif olan A0.0 Yer orbitində kvadrat metrə görə 10 nanovat şüalanma gücünə uyğun gəlir. Hər növbəti sinfə keçid zamanı güc 10 dəfə artır.//Milli.Az

Bizə qoşulun