Medianews.az
Evli qadının mənzilindən qaçmağa çalışdı, faciəvi şəkildə öldü –
65 baxış

Evli qadının mənzilindən qaçmağa çalışdı, faciəvi şəkildə öldü – ANBAAN VİDEO

Sosial mediada yayılan görüntülər böyük rezonans doğurub. Kadrlarda sarı saçlı bir kişinin mənzilin pəncərəsindən asılı vəziyyətdə qaldığı, daha sonra isə tarazlığını itirərək hündürlükdən yıxıldığı əks olunub.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, hadisənin fitnes məşqçisi olduğu iddia edilən şəxsin evli bir qadınla birlikdə olduğu vaxt baş verdiyi bildirilir.

İddialara görə, qadının ərinin evə gəldiyini görən kişi panikaya düşərək mənzildən qaçmağa çalışıb.

Mobil telefon kamerası ilə lentə alınan görüntülərdə kişinin binanın çöl hissəsində pəncərə çərçivəsindən tutunmağa çalışdığı görünür. Ətrafdakı şəxslərin qışqırıqları altında bir müddət havada asılı qalan kişi son anda müvazinətini itirərək yerə çırpılıb.

Şahidlərin sözlərinə görə, ətrafdakılar onu xilas etmək üçün qışqıraraq xəbərdarlıq etsələr də, bu mümkün olmayıb. Hadisədən sonra əraziyə polis və təcili tibbi yardım briqadaları cəlb olunub.

Həkimlərin ilkin baxışı zamanı kişinin hadisə yerində həyatını itirdiyi müəyyən edilib.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Rəsmi qurumlar ölümün bütün detalları ilə araşdırıldığını bildirsələr də, sosial mediada yayılan “qadağan olunmuş münasibət” iddiaları ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Medianews.az

Bizə qoşulun