Məşhur Hollivud aktrisası Cesika Alba uzun illər davam edən evliliyini bitirdikdən sonra yeni sevgilisi ilə gündəmə gəlib.
Medianews.az xəbər verir ki, yayılan görüntülərdə aktrisanın gənc həmkarı Denni Ramirez ilə Mayami sahillərində romantik anlar yaşadığı əks olunub.
Məlumata görə, Cesika Alba 2025-ci ilin yanvar ayında 17 illik həyat yoldaşı, prodüser Keş Varen ilə ayrılıb. 45 yaşlı aktrisanın bir müddətdir Deni Ramirezlə münasibətdə olduğu bildirilir.
Cütlük Mayamidə dəniz və günəşin dadını çıxararkən paparatsilərin obyektivinə tuş gəlib. İlk vaxtlar münasibətlərini mediadan uzaq saxlamağa çalışan məşhurlar artıq sevgilərini gizlətmirlər.
Kadrlarda Cesika Alba və Deni Ramirezin sahildə əl-ələ gəzdiyi, dənizdə birlikdə vaxt keçirdiyi və tez-tez bir-birini qucaqlayıb öpdüyü görünür.
Xarici mətbuatın yazdığına görə, DeniRamirez artıq Cesika Albanın ailəsinə də yaxınlaşıb. Aktrisanın əvvəlki evliliyindən olan üç övladı ilə münasibətlərinin yaxşı olduğu bildirilir.
Məşhur aktyorun ötən ay Cesika Albanın doğum günü tədbirində ailə üzvləri və uşaqları ilə birlikdə iştirak etməsi münasibətin ciddi mərhələyə keçdiyi iddialarını daha da gücləndirib.