Medianews.az
Çində dəhşətli qəza –
40 baxış

Çində dəhşətli qəza – 13 nəfər öldü

Çinin Hınan əyalətində baş verən ağır yol qəzası faciə ilə nəticələnib. Sərnişin daşıyan mikroavtobusun yük maşınına arxadan çırpılması nəticəsində 13 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.

Medianews.az  Çin mediasına istinadən xəbər verir ki, hadisə Nanyang şəhərində qeydə alınıb.

Məlumata görə, hərəkətdə olan sərnişin mikroavtobusu eyni istiqamətdə gedən yük maşınına arxadan çırpılıb. Güclü zərbə nəticəsində avtomobildə olan sərnişinlər nəqliyyat vasitəsində sıxılıb qalıblar.

Rəsmi məlumatda bildirilir ki, mikroavtobusda olan 16 nəfərdən 13-ü hadisə yerində ölüb. Yaralanan 3 nəfər xəstəxanaya çatdırılıb və onların müalicəsi davam etdirilir.

İlkin araşdırma zamanı məlum olub ki, 9 yerlik mikroavtobus normadan artıq sərnişin daşıyıb. Səlahiyyətlilər hesab edir ki, həddindən artıq sərnişin daşınması ölənlərin sayının artmasına səbəb ola bilər.

Çin İctimai Təhlükəsizlik Nazirliyi hadisə ilə bağlı geniş araşdırmalara başlayıb. Bildirilib ki, qəzanın səbəblərini müəyyənləşdirmək və işləri koordinasiya etmək üçün bölgəyə xüsusi istintaq qrupu göndərilib.

Hazırda hadisə ilə bağlı texniki araşdırmalar davam edir.

Medianews.az

Bizə qoşulun