Medianews.az
Məşhur müğənniyə
53 baxış

Məşhur müğənniyə AĞIR İTKİ

Türk musiqisinin tanınmış simalarından olan Nilüfer Qurban bayramında aldığı acı xəbərlə dərin kədər yaşayıb. Müğənninin 35 illik səhnə yoldaşı və yaxın dostu, pianoçu Cengiz Baltepe vəfat edib.

Medianews.az Türkiyə mediasına istinadən xəbər verir ki, Nilüfer dostunun ölüm xəbərini sosial media hesabında etdiyi emosional paylaşım ilə açıqlayıb.

Sənətçi paylaşımında “Ah Cengiz, 35 illik dostum… Zərif insan, gözəl insan, yaxşı musiqiçi və möhtəşəm pianoçu idin. Sən bizi tərk etdin. Həm də heç gözləmədiyimiz anda…” sözlərini yazıb.

Nilüfer daha çox konsert vermək, birlikdə yeni xatirələr yaşamaq istədiklərini qeyd edərək dostunun itkisini ağır qəbul etdiyini bildirib.

Cengiz Baltepenin vəfatı musiqi ictimaiyyətində də böyük üzüntü yaradıb. Çoxsaylı sənətçilər və pərəstişkarlar sosial mediada başsağlığı mesajları paylaşaraq onu həm musiqiçi, həm də insan kimi yüksək dəyərləndiriblər.

Müğənni dəfn mərasimi ilə bağlı etdiyi açıqlamada çələng göndərilməsi əvəzinə LÖSEV və ya Çağdaş Yaşamı Destekleme Derneği üçün ianə edilməsini xahiş edib.

Məlumata görə, Cengiz Baltepenin dəfn mərasimi mayın 29-da Üsküdardakı Şakirin məscidində əsr namazından sonra keçiriləcək. O, Maltepedə yerləşən Başıbüyük qəbiristanlığında torpağa tapşırılacaq.

Medianews.az

Bizə qoşulun