Medianews.az
İngiltərədə müsəlman gəncə hücum etdilər -
54 baxış

İngiltərədə müsəlman gəncə hücum etdilər - VİDEO

İngiltərədə baş verən hadisə sosial mediada geniş müzakirələrə səbəb olub. Yayılan görüntülərdə naməlum şəxs müsəlman gəncə qarşı həm şifahi, həm də fiziki hücum etməyə çalışıb.

Medianews.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı gəncin “Niyə məni səbəbsiz yerə vurmaq istəyirsən?” sualına qarşı tərəf “Çünki sən müsəlmansan” cavabını verib.

Videoda görünür ki, qısa mübahisədən sonra təcavüzkar gəncə fiziki hücum etməyə cəhd edir. Lakin hadisələrin gedişi gözlənilməz şəkildə dəyişir.

Müsəlman gənc özünü müdafiə edərək hücum edəni bir yumruqla yerə sərib.

Sosial mediada yayılan görüntülər qısa zamanda böyük rezonans doğurub. İstifadəçilərin bir qismi hadisəni islamofob hücum kimi qiymətləndirərək təcavüzkarın cəzalandırılmasını tələb edib.

Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik geniş açıqlama verilməyib.

Medianews.az

Bizə qoşulun