Medianews.az
DƏHŞƏTLİ QƏZA: Baba və nəvəsi faciəvi şəkildə öldü -
59 baxış

DƏHŞƏTLİ QƏZA: Baba və nəvəsi faciəvi şəkildə öldü - VİDEO

Türkiyənin Amasiya vilayətində baş verən ağır yol qəzası faciə ilə nəticələnib. İki avtomobilin toqquşması nəticəsində baba və nəvəsi həyatını itirib, daha sonra avtomobillərdən biri alovlanıb.

Medianews.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Amasiya-Tokat avtomobil yolunun Yeşilöz kəndi yaxınlığında qeydə alınıb.

Məlumata görə, 76 yaşlı Salih Çobanın idarə etdiyi 60 YA 491 dövlət nömrə nişanlı avtomobil ilə İ.Ç.-nin idarə etdiyi 34 MLY 683 dövlət nömrəli maşın kəsişmədə toqquşub.

Dəhşətli qəza nəticəsində Salih Çoban və onun 17 yaşlı nəvəsi Damla Çoban hadisə yerində həyatını itirib.

Toqquşmadan sonra avtomobillərdən biri alovlanaraq yanmağa başlayıb. Maşının içərisində olan dörd nəfər isə ətrafdakı insanların köməyi ilə son anda xilas edilib.

Hadisə yerinə polis, təcili tibbi yardım, yanğınsöndürmə və jandarma briqadaları cəlb olunub. Yaralanan S.Ş. və G.Ş. Turhal Dövlət Xəstəxanasına aparılıb. Həkimlər onların həyatlarının təhlükədə olmadığını bildiriblər.

Yanğınsöndürənlər alova bürünən avtomobilə müdaxilə edərək yanğını söndürüb. Lakin maşın tamamilə yararsız vəziyyətə düşüb.

Bayram günü baş verən faciə ailə yaxınlarını sarsıdıb. Hadisə yerinə gələn qohumların göz yaşlarını saxlaya bilmədiyi bildirilib.

Qəza ilə bağlı araşdırma aparılır.

Medianews.az

Bizə qoşulun