Medianews.az
Qurban payına əsəbiləşib BU VİDEOnu paylaşdı -
47 baxış

Qurban payına əsəbiləşib BU VİDEOnu paylaşdı - GÖRÜNTÜLƏR

Türkiyədə Qurban bayramında paylanan qurbanlıq ətlə bağlı çəkilən video sosial mediada geniş müzakirələrə səbəb olub. Aldığı paydan narazı qalan bir vətəndaşın reaksiyası qısa zamanda gündəm olub.

Medianews.az Türkiyə mediasına istinadən xəbər verir ki, vətəndaş ona verilən qurbanlıq bağlamasının əsasən sümükdən ibarət olduğunu iddia edib.

Mobil telefon kamerası ilə çəkdiyi görüntülərdə bağlamanı açan şəxs paya sərt sözlərlə etiraz edib. O, videoda “Qapınızda bunu göndərdiyiniz bir it yox idimi?” ifadəsini işlədib.

Sosial şəbəkələrdə sürətlə yayılan görüntülər bayram günlərində qurbanlıq ətin bölüşdürülməsi və paylanması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Bəzi istifadəçilər vətəndaşın narazılığını haqlı hesab edərək payların daha ədalətli bölünməli olduğunu bildiriblər. Digər bir qisim isə etiraz zamanı istifadə olunan ifadələrin uyğun olmadığını və paylaşım ruhuna zidd olduğunu qeyd edib.

Video qısa müddətdə minlərlə baxış toplayaraq sosial mediada geniş rezonans doğurub.

Medianews.az

Bizə qoşulun