Medianews.az
Günəşdə güclü partlayışlar gözlənilir
74 baxış

Günəşdə güclü partlayışlar gözlənilir

Mayın 26-27-də Günəşdə partlayış aktivliyinin aşağıdan orta dərəcəliyə qədər olacağı, eyni zamanda, yüksək X sinfindən partlayışların ola biləcəyi proqnozlaşdırılır.

Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

"26 və 27 may tarixlərində Günəşdə aşağı və orta dərəcəli aktivlikdə, X sinif partlayışların olması mümkündür", - deyə məlumatda bildirilib.

Bildirək ki, Günəşdə partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq, beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 sinfi Yerin orbitində bir kv.m-ə 10 nVt şüalanma gücünə uyğundur. Növbəti mərhələyə keçərkən güc 10 dəfə artır. Partlayışlar, adətən, Günəş plazmasının emissiyaları ilə müşayiət olunur ki, onların buludları Yerə çataraq maqnit qasırğaları yarada bilər.

Bizə qoşulun