Medianews.az
Hava Limanında nəhəng narkotik əməliyyatı -
135 baxış

Hava Limanında nəhəng narkotik əməliyyatı - VİDEO

İstanbul Hava Limanında həyata keçirilən əməliyyat zamanı külli miqdarda narkotik vasitə aşkarlanıb.

Medianews.az xəbər verir ki, Ticarət Nazirliyinin Gömrük Mühafizəsi Qaçaqmalçılıq və Kəşfiyyat İdarəsinin əməkdaşları risk təhlili əsasında xaricdən gələn bir sərnişini nəzarətə götürüblər.

İspaniya pasportu ilə səyahət edən şəxs baqajların təhvil alınması zonasında müəyyən edilərək ətraflı yoxlama üçün gömrük bölməsinə aparılıb.

Aparılan rentgen yoxlaması zamanı sərnişinin çamadanlarında ümumilikdə 22 kiloqram 500 qram kannabis aşkar edilərək götürülüb.

İlkin hesablamalara görə, müsadirə olunan narkotik maddənin bazar dəyəri təxminən 20 milyon 300 min türk lirəsi təşkil edir.

Gömrük əməkdaşları tərəfindən saxlanılan şübhəli barəsində hüquqi prosedurlar başladılıb. Dindirilmədən sonra o, Qaziosmanpaşa Ədliyyəsinə göndərilib.

Məhkəmənin qərarı ilə şübhəli barəsində həbs qətimkan tədbiri seçilib və o, istintaq müddətində həbsxanaya göndərilib.

Faktla bağlı araşdırma davam etdirilir.

Medianews.az


Bizə qoşulun