Məşhur sənətçi İbrahim Tatlısəsin qızı Dilan Çitak ilk dəfə qatıldığı verilişdə həm sağlamlıq problemləri, həm də şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib.
Medianews.az xəbər verir ki, Çitak bildirib ki, uzun müddətdir Obsessiv-Kompulsiv Pozuntu (OKP) ilə mübarizə aparır və bu xəstəlik gündəlik həyatına ciddi təsir göstərir.
Onun sözlərinə görə, obsesiv davranışlar səbəbindən gündə bir neçə dəfə evi təmizləmək məcburiyyətində qalır.
“Məndə ciddi OKP var. Müalicə alıram. Pişiklərim qum qabına girəndə yuxudan oyanıb evi süpürürəm. Bəzən gündə 10 dəfə təmizlik edirəm”, – deyə o bildirib.
Sənətçi əlavə edib ki, bu vəziyyət onun sosial həyatına da təsir edir: “Qonaq qəbul etmək mənim üçün çox çətindir. Evdə iz qalması məni narahat edir və panika yaradır”.
Dilan Çitak eyni zamanda karyerasında yaşadığı problemlərə də toxunub. Onun sözlərinə görə, atası İbrahim Tatlısəslə bağlı mediada yayılan açıqlamalar bəzi iş imkanlarının itirilməsinə səbəb olub: “Bəzi brend müqavilələrim ləğv edildi. Menecerlər mənimlə işləmək istəmir”.
Çitak bildirib ki, mediada yayılan bəzi xəbərlər və ittihamlar onu narahat edir və özünə qarşı ədalətsiz yanaşma hiss edir.
Qeyd edək ki, Dilan Çitak son dövrlərdə həm ailə münasibətləri, həm də şəxsi açıqlamaları ilə tez-tez gündəmə gəlir.
